Dollar yenidən bahalaşdı-Rəsmi

1442470966_dollar

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 24-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən XALQ.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 23-ü ilə müqayisədə 1,35% bahalaşaraq 1,8559 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9659 manatdan 1,9957 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0307 manatdan 0,0312 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4871 manatdan 0,4939 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2728 manatdan 2,3210 manatadək artıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6864 manatdan 0,6906 manatadək azalıb.