Dolların qiyməti-Rəsmi

102425124-currency-exchange-dollar.1910x1000

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 7-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən XALQ.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 6-ı ilə müqayisədə 0,66% ucuzlaşaraq 1,7031 manat olub.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8296 manatdan 1,8135 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi  0,0304 manatdan 0,0299 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4615 manatdan 0,4562 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1406 manatdan 2,1239 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7061 manatdan 0,7019 manatadək ucuzlaşıb.