Dolların qiyməti

 

102425124-currency-exchange-dollar.1910x1000

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 5-nə olan məzənnəsini açıqlayıb.

AMB-dən XALQ.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 4-ü ilə müqayisədə 0,60% ucuzlaşaraq 1,7140 manat olub.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8401 manatdan 1,8295 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi dəyişməyərək 0,0307 manatdan 0,0306 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4732 manatdan 0,4667 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1509 manatdan 2,1332 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,7061 manat olub.