Dolların qiyməti-Rəsmi

 

102425124-currency-exchange-dollar.1910x1000

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 14-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən XALQ.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 13-ü müqayisədə dəyişməyərək 1,7437 manat olub.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8658 manatdan 1,8577 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi  dəyişməyərək 0,0296 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4661 manatdan 0,4659 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1240 manatdan 2,1284 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi 0,6983 manatdan 0,7010 manatadək bahalaşma nümayiş etdirib.