Donald Trampın reytinqi yüksəlib

ABŞ prezidenti Donald Trampın reytinqi yüksəlib.

XALQ,AZ xəbər verir ki, bunu “Rasmussen reports” şirkətinin keçirdiyi rəy sorğusu göstərib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 50%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Bununla Tramp sabiq prezident Barak Obamanın analoji dövr üzrə göstəricilərini üstələyib. Belə ki, 2010-cu ildə B.Obamaya dəstək reytinqi 46 faiz təşkil edib.

 

 

Elgün