Dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə əbədi hədiyyəsidir

Azərbaycanda digər sahələr kimi, təhsilin inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

XALQ.AZ xəbər verir ki, bu sözləri mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Türkiyənin Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən FONO qurumunun baş təhsil məsləhətçisi Nəzərbəy HacıağayeAZƏRTACa müsahibəsində söyləyib.

O deyib ki, ümummilli lider Heydər Əliyev həmişə gənclərin elmə, savada yiyələnmələrinə, onların yüksək təhsil almalarına xüsusi diqqət yetirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında ən mükəmməl şəraiti yaradıb. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan gəncləri dünyanın ən nüfuzlu universitetlərində təhsil alırlar. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə əbədi hədiyyəsidir.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir