Dövlət idarəsinin rəisi həbs olundu-Mənimsə faktı aşkarlanıb

“Roskosmos”-un dövlət aviasiya idarəsinin rəisi Vladimir Barisov həbs olunub.

 

XALQ.AZ Rusiya mətbuatına  istinadən xəbər verir ki, onun hələ iyulun 30-na qədər həbsdə saxlanılacağı bildirilir.

Borisov “xüsusilə böyük miqdarda vəsaiti mənimsəmək” maddəsi ilə ittiham olunur.

 

Məmurun Meşansk rayon məhkəməsinin qərarı ilə həbs olunduğu məlumdur.

 

Qeyd edək ki, onun hələ aprelin ortalarından Moskvadakı müvəqqəti saxlama təcridxanalarından birində saxlanıldığı məlum idi. Lakin mayın 3-nə kimi onun həbsi barəsində məlumat verilmirdi. Məhkəmənin qərarı ilə onun hələ iyulun 30-nadək həbsdə saxlanılacağı bildirilir.