Sədr Türkiyə parlamentinin spikeri ilə görüşdü

TBMM  başqanı  İsmayıl Qəhrəman Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri  Fuad Muradovu qəbul edib.

XALQ.AZ xəbər verir ki, TBMM sədri İsmayıl Qəhrəman Fuad Muradovla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.

Bu barədə Türkiyənin nüfuzlu Anadolu Agentliyi məlumat yayıb. Türkiyə mətbuatl Fuad Muradovun səfəri geniş əks-səda doğurub.

O, çıxışında “Qarabağ məsələsi bizim də məsələmizdir” deməklə,  bunu ortaq türk problemi olduğunu vurğlayıb: Qarabağ bizim milli məsələmizdir. Təəssüf ki, dünyanın gözü qarşısında böyük haqsızlıqlara yol verilir. Dünya bu ədalətsizliyə qarşı seyirçi mövqedə qalmamalı olduğunu bildirib:

“Qarabağ məsələsi bizim milli məsələmizdir. Necə ki, Kipr həm də Azərbaycanın ortaq problemidirsə,  necə ki, Kəşmir bütün İslam dünyasının ortaq problemidirsə,  Qarabağ da bizim müştərək dərdimizdir. İslam dünyasının buna bənzər məsələlərdə lazımı addımlar atacağına inanırıq”.

Komitə sədri Fuad Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib. O, “inanıram ki, bu ürəklər  birləşib böyük işlər görəcək” deyərək, qardaşlıq səmimiyyətini ifadə edib.

F. Muradov Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib.

 

 

Orxan