Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilib

 

Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilib

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə aprel ayının 27-də Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilib.

Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Mərasimin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətindən danışıblar. Zərifə xanım Əliyevanın övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq dostu, silahdaşı, ən ali insani keyfiyyətləri özündə birləşdirən ziyalı, fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına və dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olması qeyd edilib.

Zərifə xanım Əliyevanın fitri istedada malik no­va­tor alim, pak və nadir bir insan kimi keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mə­nəviyyat dərsi, kamillik, müdriklik məktəbi olduğu, yüksək da­xi­li mədəniyyəti, elmə sədaqəti, gördüyü işlərlə qədirbilən xalqımızın qəl­bində əbədi yaşayacağı xüsusi vurğulanıb.

Tədbirin sonunda “Heydər Əliyev. Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirib.