Droqba Qalatasaraydan gedir

 

71

Kataloniya klubu Martinonun istəyi ilə mərkəz oyunçu axtarışına çıxıb

 

Argentinalı məşqçi Tata Martino “Barselona”ya gətirildikdən sonra klubda bir sıra dəyişikliklər aparılıb. Uzun müddət mərkəz oyunçusuz oynayan Kataloniya klubu Martinonun istəyi ilə mərkəz oyunçu axtarışına çıxıb.
İspaniya mətbuatının yazdığına görə, bu yerə ən layiq oyunçular sırasında “Borussiya Dortmund”un polşalı hücumçusu Robert Levandovski və “Mançester Siti”nin argentinalı futbolçusu Sergio Aquerodur. Amma “Barselona”ya yaxınlığı ilə tanınan idman qəzetinə görə, alternativ siyahıda “Qalatasaray”ın təcrübəli hücumçusu Didye Droqba, Klouz və bolqar Berbatov da var. Bu üç oyunçunun ortaq özəlliyi isə klubları ilə olan müqavilələrinin 2014-cü ilin iyun ayında sona çatmasıdır.

Comments are closed.