DTX xüsusi əməliyyat keçirdi-Həbs olunanlar var

 

dtx

Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Nəsimi rayonu ərazisində xüsusi əməliyyat keçiriblər.

Daxil olan məlumata görə, əməliyyat “masaj salonu” adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərdə aparılıb.

Əməliyyat nəticəsində daha çox tanınan “Hills”, “Relax” və daha 4 masaj salonu bağlanıb. Salonu işlədən şəxslər isə saxlanılıb.

Məlumata görə əməliyyatı əsasən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları aparıb.

Qeyd edək ki, Bakının mərkəzində, əsas küçələrdə saysız hesabsız “masaj salonları” adı altında fahişəxanalar fəaliyyət göstərir.

Bu barədə məlumatlar, orada baş verən dələduzluq halları, hətta ağır cinayətlərin törədilməsi barədə mətbuatda dəfələrlə məlumatlar yayımlansa da, onlara “gözün üstə qaşın var” deyən olmayıb. Yəni hər kəsin gördüyü bu qanunsuz fəaliyyət nədənsə aidiyyəti qurumların diqqətindən yayınıb. Bu isə həmin salonların bəzi məmurlar tərəfindən himayə edilməsi barədə şayiələrin yayılmasına səbəb olub.

Bakipost.az

Scroll to top