Dubayda ilk uçan avtomobil-Video

 

Birləşmiş Ərəb Əmirliklərində ilk uçan avtomobil nümayiş olunub.

“Report” xəbər verir ki, paytaxt Dubayın Yol və Nəqliyyat İdarəsi “World Government Summit” forumunda tədbir iştirakçılarına qeyri-adi nəqliyyat vasitəsi nümayış etdirib.

Çinin “Ehang” şirkəti tərəfindən yaradılmış uçan maşın innovasiyalı və ekoloji nəqliyyat vasitəsidir. O, sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub. Yeni nəqliyyat vasitəsi yol tıxaclarını aradan qaldıracaq.

Bu avtomobillərdə sürücülər olmayacaq. Çünki onu həvəskarlar xüsusi eniş və yüksəliş düymələri ilə idarə edə biləcəklər. Maşınların hərəkətinə nəzarət ümumi komanda mərkəzi ilə həyata keçiriləcək və pis hava şəraitində uçuşlar qadağan olunacaq.

Dubayda yeni uçuş aparatlarının istismara buraxılması müddəti barədə hələlik məlumat verilmir. Yeni avtomobillərin yaradıcıları onun tam təhlükəsiz olduğunu bildirirlər.