Dünya çempionu bıçaqlandı

 

Картинки по запросу Yevqeni Qaluzinski

Qazaxıstanda pauerliftinq üzrə dünya çempionu Yevqeni Qaluzinski öldürülüb.

XALQ.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı idmançı martın14-də kollec tələbələri ilə mübahisə zamanı öldürülüb. Bildirilir ki, idmançı ilə əvvəlcə söz davası edən gənclər daha sonra bıçağa əl atıblar. Qaluzinski aldığı yaradan yerindəcə keçinib.

Polis rəsmilərinin verdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən tələbələr Kokteşau şəhərində saxlanılıblar.