Dünya kuboku Braziliyaya gəldi

1

 

Kubok Korintians arenasının mərkəzindən bir qədər aralıda, ticarət mərkəzində sərgilənəcək.

Dünya kubokunun voyajı dünən San Pauloda bitib.

267 gün ərzində təxminən 90 ölkə gəzən planetin birincilik kuboku Braziliyaya gəlib.

Kuboku qarşılayanlardan biri 1970-ci il Meksikada keçirilən dünya çempionatının çempionu Roberto Rivelino olub.

Yaxın günlərdə FİFA dünya mükafatı, Korintians arenasının mərkəzindən bir qədər aralıda, ticarət mərkəzində sərgilənəcək. Burada Braziliya-Xorvatiya açılış matçı olacaq.

Bundan sonra kubok Braziliya şəhərlərinə tura çıxacaq. Meydan sahibi olan yığma komandanın azarkeşləri dünya kubokunun onların vətənində qalacağına əmindirlər.