Dünya limanlarının toplantısı keçirilir

Bakıda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təşkilatçılığı və Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors – IAPH) dəstəyilə “Gələcəyin Limanları: Qovşaqların Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adlı konfrans keçirilir.

XALQ.AZ xəbər verir ki, tədbirdə dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla, dünyanın 65 dövlətindən 400-dən çox beynəlxalq limanın, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin nümayəndələri iştirak edirlər.

Dünya Limanları Konfransına “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyem, İndoneziyanın ən böyük liman korporasiyası “IPC”in prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın “New South Wales” (sabiq Sidney Port Korporasiyası) baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın və sair yüksək rütbəli qonaqlar qatılıblar

Tədbir çərçivəsində Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Qarsiya Milanın çıxışı, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohanas Hanın video-müraciəti gözlənilir.

 

Tariyel

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.