DÜNYA ŞÖHRƏTLI XANƏNDƏ ALIM QASIMOVUN DOĞUM GÜNÜDÜR

Bu gün dünya şöhrətli musiqiçi, xalq artisti, görkəmli xanəndə Alim Qasımovun doğum günüdür.

Xalq.az xəbər verir ki, A.Qasımov 1957-ci il avqustun 14-də anadan olub.

O, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb.
1999-cu ildə Beynəlxalq IMC YUNESKO musiqi mükafatına layiq görülüb.

A.Qasımov Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsert proqramları ilə çıxış edib.