Dünyanın ən cəlbedici pasportları

Dünyanın ən cəlbedici pasportlarının reytinqi açıqlanıb.

XALQ,AZ xəbər verir ki, ekspertlər əsas meyar olaraq ölkə iqtisadiyyatının miqyasını, insan potensialını, başqa ölkələrə vizasız səfər etmək imkanı və s. götürüb.

Müəlliflərin fikrincə, insanlar yüksək təhsil sistemi, yaxşı rifahı və hərbi konfliktlərdən uzaq olan ölkələrdə yaşamağa çalışırlar.

Bu baxımdan ən cəlbedici pasporta malik ölkələrin reytinqinə Fransa və Almaniya başçılıq edir. İlk “beşiyə” İslandiya, Danimarka və Hollandiya da daxildir.

Azərbaycan ən cəlbedici pasporta malik ölkələr sırasında 111-ci, Rusiya 63-cü, Ukrayna 80-ci, Gürcüstan 84-cü, ABŞ 27-ci, Çin 59-cu, Ermənistan 103-cü, Qazaxıstan isə 93-cü pillədə yer tutub.

Ən arzuolunmayan pasportlar isə İraq, Somali və Əfqanıstana məxsusdur.

 

Elgün