Dünyanın ən varlı gəncləri – SİYAHI

Varli gencler

Məşhur “Teens Digest” jurnalı ənənəvi “Dünyanın ən varlı gəncləri” reytinqinin yeni versiyasını açıqlayıb.

Xalq.az xarici mətbuata istinadən bildirir ki, yaşları 20-yə çatmamış gənclərin yer aldığı reytinqə pornoqrafik filmlər biznesinin maqnatlarından biri, milyarder Pol Raymondun nəvəsi və varisi İndia Rouz Ceyms başçılıq edir. 18 yaşlı bu qızın 120 milyon dollarlıq sərvəti var.

2-ci yerdə kanadalı pop-ulduz Castin Biber bərqərar olub. O, 110 milyon dollarlıq varidata malikdir.

“Dünyanın ən varlı gəncləri” reytinqi belədir:

 

  1. İndia Rous Ceyms – 120 milyon dollar

  2. Castin Biber – 110 milyon dollar

  3. Nick D-Aloisio – 20 milyon dollar

  4. Dakota Fanning – 19 milyon dollar

  5. Ebiqeyl Breslin – 12 milyon dollar

  6. Anqus T.Cons – 9 milyon dollar

  7. Ceyden Smit – 5 milyon dollar

  8. Uillou Smit – 4,5 milyon dollar

  9. Qreys Morets – 4 milyon dollar

  10. Elle Fenninq – 3 milyon dollar