Düşmən təşvişdə-Cocuq Mərcanlıda birlik -Video

Cəbrayılın işğaldan azad edilən Cocuq Mərcanlı kəndində 24 ildən sonra ilk toy çadırı qurulub.

Kənd sakini Baxşalı Bədəlov 2 yaşlı övladı Babək Bədəlov üçün məclis qurub. Balacanın sünnət toyu təmtəraqlı keçirilib. 24 ildən sonra kənddə baş tutan ilk toy sakinlərin sevincinə səbəb olub.

Sakinlərin sözlərinə görə, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda dalğalanmasıdır.

İndi Cocuq Mərcanlı sakinlərinin niyyəti burda oğlan evləndirib, qız köçürməklə daha böyük şənliklər qurmaqdır.(Xəzər TV)

Scroll to top