Düşmən təşvişdə-General ciddi tapşırıqlar verdi

Azərbaycan Ordusunun döyüş əməliyyatlarını həyata keçirən bütün əsgərlər peşəkarlardan ibarətdir.
XALQ.AZ xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş bölgəsində keçirdiyi brifinqdə bildirib.
Müdafiə naziri “professional ordu olsun” kimi fikirlərə aydınlıq gətirib.
“Belə deyirlər ki, professional ordu yaradılsın. Məsələni düzgün qoymurlar. Bütün ordular professional olmalıdır. Söhbət müqaviləli ordudan gedir. Bu gün Azərbaycan Ordusunda xidmət edən şəxsi heyətin 80 faizi zabit, gizir və müqaviləli əsgərlərdir. 15 faizi adi çağırışla gələn əsgərlərdir. Onlar da yalnız atıcı vəzifəsindədirlər. Lakin tankların, topların və digər döyüş avtomobillərini idarə edənlər professionallardır. Bu barədə Ali Baş Komandan mühüm qərar qəbul etdi. Təsəvvür edin ki, tankı idarə edən adi əsgərdir, onlar gəlir, xidmət edəndən sonra gedirlər. Bu problemə səbəb olurdu. İndi hər biri professional, müqavilə əsasında xidmət edən əsgərlərdir. Vəziyyət elədir ki, bizdə təlim qrupu texnikası yoxdur. Hamısı öz topunda, zirehli maşınında, tankında məşğələlər keçir. Döyüşlər göstərdi ki, professionallar vəzifəsini uğurla yerinə yetirir. Bu, ordunun döyüş hazırlığına böyük dəstək verir”, – deyə müdafiə naziri vurğulayıb.
Azərbaycanda döyüş əməliyyatlarını adi əsgərlərin həyata keçirilməsi məsələsi indiyə qədər ciddi problem olub. Hətta hərbi xidmətə çağırılmış yeni əsgərin döyüş postuna çıxarılması kimi hallar da yaşanıb. Lakin müdafiə nazirinin bəyanatından da göründüyü kimi, artıq bu problem aradan qaldırılıb.
Döyüş əməliyyatlarının professional əsgərlər tərəfindən həyata keçirilməsi həm itkilərin sayının az olmasında, həm də qələbənin əldə edilməsində həlledici məqamdır.
Qardaş Türkiyə ordusunda vaxtilə bu məsələ mühüm problem olub. Sonradan dağlarda terrorçulara qarşı əməliyyatlar professional əsgərlər tərəfindən həyata keçirildi və nəticədə ciddi uğurlar əldə olundu.
Göründüyü kimi, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə düşmən qarşısına çağırıcı əsgərlər yox, professional hərbiçilər çıxır və bu da ciddi uğurlara səbəb olur. “Aprel müharibəsi”ndəki qələbə və bu yaxınlarda Naxçıvan istiqamətində həyata keçirilən uğurlu əməliyyatlar da bunu deməyə əsas verir.
Ordumuzun ən ciddi problemlərindən biri isə əsgərlərin xidmətlə əlaqədar olmayan işlərə cəlb olunması idi. Misal üçün, hərbi xidmətə döyüşmək üçün gedən əsgər qab yuyur, xörək bişirir, tualet təmizləyir və s. Halbuki, bu, əsgərin döyüş ruhunun sındırılması ilə nəticələnirdi.
Digər tərəfdən, bu, əsgərlər arasında qarşıdurmaya, “dedoşvina” kimi halların baş verməsinə gətirib çıxarırdı.
Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandanın qərarı ilə bu problemin aradan qaldırıldığını bəyan edib.
Onun sözlərinə görə, hərbi qulluqçular xidmətlə əlaqədar olmayan işləri həyata keçirmir.

 ]

                          Mövzuya videonun 11:40-dan 15:00-a qədər hissəsindən baxa bilərsiniz
“Əsgərlər xörək bişirmir, qab yumur. Bəlkə də bunun adi məsələ olduğunu düşünə bilərsiniz. Xeyr, bu böyük məsələdir. Bu, həm döyüş hazırlığına, həm nizam-intizama, həm də keyfiyyətə təsir göstərən mühüm amildir. Bu gün Azərbaycan Ordusunun təminatı yüksək səviyyədədir. Dünyada çox az ordu var ki təminatı Azərbaycan Ordusu kimi olsun”, – deyə müdafiə naziri bildirib.
Müdafiə Naziri Zakir Həsənovun çıxışında vurğuladğı Ali Baş Komandanın bu təklifini-əsgər təminatı, xidmətə aid olmayan işlərdən azad edilməsnin müsbət mənada özünü doğrultması ilə bağlı sualımızı tanınmış politoloq Elçin Mirzəbəyli Miq.Az saytının əməkdaşına belə şərh etdi:
 “Əsgərin təminatı, xidmətə aid olmayan işlərdən azad edilməsi sıradanbir məsələ deyil. Bu, əsgərlərin nizam-intizam qaydalarına əməl etməsindən başlamış hərbi sahədə peşəkar vərdişlərədək bütün amillərə təsir göstərir. Hərbi xidmətdə olanlar nizamnamə pozuntularının, nizamnamədən kənar münasibətlərin əsasən məişət məsələləri ilə bağlı olduğunu yaxşı bilirlər. Bu baxımdan əsgərlərin məişət qayğılarından azad edilməsi çox önəmli məsələdir. Azərbaycan Silahlı Qüvvələri bu addımla sovet dövründən qalma bütün neqativ ənənələrdən uzaqlaşıb və peşəkar ordu quruculuğu istiqamətində önəmli irəliləyişə nail olub. Hərb sənəti peşədir və bu işlə peşəkarcasına məşğul olmaq lazımdır. Sirr deyil ki, əsgərlərin məişət işləri ilə məşğul olması onların diqqətini təlimlərdən də yayındırırdı. Eyni zamanda onların özünü hərbçi kimi hiss etmələrinə maneə yaradırdı. Bu çox mühüm mənəvi-psixoloji amildir.”
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.