Düşmən texnikası məhv edildi

 

PUA

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Bizimyol.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu gün gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.