DYP avtomobilləri satışa çıxarıldı

Dövlət Yol Polisi avtomobillərini satışa çıxarıb.

XALQ.AZ məlumat verir ki,  13 fevral tarixində keçiriləcək hərracda satılacaq avtomobillərin siyahısı müəyyən olub. Hərraca çıxarılan avtomobillər Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillərdir.

Satışa ümumilikdə 10 avtomobil təqdim edilib. Hərracda DİN-nin balansında olan QAZ-31105 və “Mersedes Benz Daymler” markalı avtomobillərlə yanaşı, 2007-ci il istehsalı olan BMV 320 markalı avtomobillər də satılacaq. Özəlləşdirməyə ümumilikdə yeddi BMV 320 təqdim edilib. Bu BMV-320 avtomobillərinin ilkin satış qiyməti 5200 manatdan başlayır.

Sözügedən marka avtomobillər üçün müəyyən edilmiş ilkin start qiyməti olduqca sərfəlidir. Hazırda avtomobil alqı-satqısı ilə məşğul olan saytlarda sözügedən avtomobilin qiyməti 20.000 manatdan yüksək təqdim ed

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir