Ehsan Zahidov “Polislərimizə bu ağır şərəfli işlərində əhalimiz hər tərəfli kömək edir”

Ötən il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Sonuncu müraciətdən 4 il əvvəl, yəni 2013- cü ildə qızın ailəsi Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində qonaq olub. Həmin verilişdə aparılan araşdırmalar nəticəsində bu məsələdə cinayət izinin olduğu vurğulanıb.  Xoşqədəm Hidayətqızının son zamanlar ard-arda cinayət işlərinin üzərini açması sözügedən veriliş izləyicilərinin və tamaşaçıların hüquq mühafizə orqanlarına inamını itirməsinə və yüzlərlə insanın hüquq mühafizə orqanlarına deyil, məhz Xoşqədəm Hidayətqızına üz tutmasına səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bir nəfərin verlişi ilə polis əməkdaşlarına inamın itə bilmədiyini vurğulayıb.

O, qeyd edib ki, gündə Daxili İşlər Nazirliyinə yüzlərlə təşəkkür məktubları gəlir. Həmin məktublarda insanlar öz başlarına gələn xoşagəlməz hadisələrin polislər tərəfindən necə opertiv həll edilməsini qeyd edirlər:

DİN-dən XALQ.AZ daxil olan məlumatda qeyd olunur ki,Azərbaycanda vətəndaşların cinayətlərin üstünün açılmasında polisə köməyi artıq ən-ənə halını alıb. Polislərimizə bu ağır şərəfli işlərində əhalimiz hər tərəfli kömək edir. Amma konkret hansısa verlişin aparıcısının deməsi ki, filan cinayəti mən açmışam həmin şəxsin özünə vurğunluğunun, öz işinin şişirdilməsinin göstəricisidir. Azərbaycan hüquq mühafizə orqanların tam formalaşıb və bütün cinayətlərin üstünün açılmasında öz peşəkarlıqlarını nümayiş etdirirlər. Ona görə Xoşqədəm xanımın səsləndirdiyi fikirləri o qədər də ciddiyə almıram. Azərbaycan vətəndaşının polislərə köməyi hər zaman olub və davam edir.