Elariz ABŞ-a köçür?

Müğənni Elariz Məmmədoğlu bir il bundan əvvəl “Greencard” qazanmışdı.

XALQ.AZ axşam.az-a istinadən məlumat verir ki,  sənətçi hələ də ondan istifadə etməyib. Elariz Sərxan Kərəmoğlunun “Evimin qonaqları” proqramında məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, hələ də Amerikaya getməyib:

“Ötən il mayın 5-də xəbər aldım ki, “Greencard” qazandım. İlk dəfə idi nəsə qazanmışdım. Əslində həyat yoldaşım qazanıb, mən də siyahıya düşmüşəm. Bu il mütləq Amerikaya getməliyik. Bakısız qala bilmirəm, darıxıram bura üçün. Amma gedib gəzib gələcəm”.


Comments are closed.