Eldəniz Səlimov “İqtisadiyyatımızın inkişafına səbəb ölkəmizdə mövcud olan sabitlik və stabillikdir”

 

 

eld

“Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 9 ayın yekunları təhlil olunarkən aydın olur ki, ölkəmiz uğurla və hərtərəfli inkişaf edir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, 9 aylığın iqtisadi göstəricilərinə nəzər yetirərkən bir daha şahid oluruq ki, qeyri-neft sektorunun inkişafı 2,5 faiz artıb, bu isə son illərdə aparılan siyasətin düzgün olduğunu bir daha sübut edir: “Prezident İlham Əliyevin ölkəmizdə şaxələnmiş iqtisadiyyatın inkişafına göstərdiyi qayğının nəticəsidir ki, ölkəmiz son illər idxalçı ölkədən ixracatçı ölkəyə çevrilib. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektoruna böyük təsir göstərə bilmir. İxrac olunan məhsulların ilbəil artımı nəticəsində ölkəyə daxil olan valyutanın miqdarını sadalayarkən hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Prezidentin regionlara səfəri, açılışında iştirak etdiyi böyük layihələr əhalimizin sosial, iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən layihələrdir. Son dövrlərdə təkcə sənaye məhəllələrinin yaradılması sahibkarlara göstərilən yüksək qayğı, yol infrastrukturunun bərpası isə əhalimizin rahat və firavan yaşamasına hesablanmış layihələrdir. Kənd təsərrüfatının taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və digər sahələrinə göstərilən güzəştlər hər il bu sahələrin inkişafı, yüngül sənayenin güclənməsinə təkan verəcək. Həmçinin cənab Prezidentin müşavirədə verdiyi tapşırıqlardan biri də Sumqayıt şəhərində ip əyirici və boyama fabrikin tikintisinin qısa müddət ərzində başa çatdırılmasıdır”.

Millət vəkili daha sonra qeyd edib ki, Davos Dünya İqtisadi Formunun hesablamalarında Azərbaycanın 2 pillə irəliləyərək 35-ci yerdə qərar tutması ölkəmizin bütün istiqamətlərdə uğurlarımızı əks etdirən göstəricilərindəndir: “İqtisadiyyatımızın inkişafına səbəb olan amillərdən biri də ölkəmizdə mövcud olan sabitlik və stabillikdir. Bu gün mövcud olan stabillik nəticəsində istər daxili sahibkarlar, istərsə də xarici sərmayədarlar, böyük səylə Azərbaycana investitsiya qoyurlar. Ölkəmizin sosial iqtisadi inkişafını təhlil edərkən bir daha əmin oluruq ki, Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə uğurla inkişaf edir

Scroll to top