Eldar Həsənov beynəlxalq mükafata layiq görülüb

XALQ.AZ xəbər verir ki ,Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda Bosnia və  Hersoqavina səfiri Eldar Həsənov,    dünyada Azərbaycan və Türk dünyasının  tanınması, Qarabağ və Xocalı məsələsinin gündəmə gətirilməsi, bu mövzuda uğurlu fəaliyyətinə görə beynəlxalq “İlin altın adamı” mükafatına layiq görülüb.

“İpək Yolu” jurnalı və “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzinin iş birliyinin nəticəsi olan 14-ci “İlin altun adamı” mükafatının builki təqdimetmə mərasimi aprelin 5 -də İstanbulda baş tutub. Tədbirdə Türkiyənin dövlət rəsmiləri, QHT rəhbərləri, media qurumlarının rəhbərləri, və digər tanınmış dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasiminə Türkiyədən başqa ABŞ, Rusiya, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Türkmənistan, Rumıniya, Kosovo, Hollandiya, İspaniya və digər ölkələrdən önəmli qonaqlar iştirak ediblər. Mərasimə eyni zamanda bir çox nazir və millət vəkilləri ilə yanaşı bələdiyyə başçıları, akademiklər, iş adamları, STK təmsilçiləri, fikir, sənət, siyasət, idman, media dünyasının önəmli təmsilçiləri qatılıblar.

Qeyd edək ki, nüfuzlu “İlin altın adamları” mükafatı artıq 14-ci ildir ki, seçilmiş şəxslərə təqdim olunur.