Eldar Həsənovun təşəbbüsü ilə Mərkəz açıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub. Mərkəz Serbiyada Azərbaycan dilinin, mədəniyyətinin təbliği məqsədilə yaradılıb.

Фото Embassy of Azerbaijan, Belgrade.

Tədbir çərçivəsində Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sonra tədbir “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda Azərbaycan Dillər Universitetində keçirilmiş beynəlxalq elmi konfransın bölmə iclası ilə davam edib. İclasda çıxış edənlər Azərbaycanda tolerantlığı dövlət siyasətinə çevirmiş ulu öndər Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı istiqamətində xidmətlərindən danışıblar.

İclas çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Platon, deyəsən, xəstələnib” hekayələr toplusunun serb dilinə tərcüməsinin təqdimatı da keçirilib.

\

Фото Embassy of Azerbaijan, Belgrade.