Elman Rüstəmo: Xatirə pul nişanlarının tədavülə buraxılması diqqət mərkəzində olacaq

Nağd pul sferası üzrə 2018-ci ildə tədavüldə olan nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, yübiley və əlamətdar hadisələrə həsr olunmuş xatirə pul nişanlarının tədavülə buraxılması diqqət mərkəzində olacaq.

XALQ.AZ  xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.

E.Rüstəmov eyni zamanda yeni çağırışlardan, xüsusilə də Ölkə Prezidentinin son çıxışlarında irəli sürdüyü inkişaf vəzifələrindən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından, eləcə də Mərkəzi Bankının 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından irəli gələn aidiyyəti vəzifələrin uğurla icra ediləcəyini bildirib.