Nazirlər görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü başlayıb.

Məlumata görə, görüş Polşanın Krakov şəhərində keçirilir.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edir.

Qeyd edək ki, bundan əvvəl E.Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüş keçirmişdi.

 


 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində keçirilən görüşü başa çatıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter”də yazıb.

Hikmət Hacıyev  qeyd edib ki, Azərbaycan münaqişənin həlli üzrə substantiv və məntiqli danışıqların tərəfdarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.