Elmar Məmmədyarovun görüşləri davam edir

Elmar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində Seynt Vinsent və Qrenadinin xarici işlər naziri Kamillo Qonzalves ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, müqavilə- hüquq bazasının genişləndirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, iqtisadi layihələrin icrası və beynəlxalq təşkilat çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.