Elmar Vəliyevin son görüntüləri yayıldı-Video

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin sosial şəbəkədə maraqlı videosu paylaşılıb.
XALQ.AZ  xəbər verir ki, video 2 ay öncə çəkilib. Prodüser Tolik bu videonu paylaşaraq yazıb: “Mən bu videonu mayın 9-u çəkmişəm. Bəlkə də bu kadrları heç vaxt paylaşmayacaqdım. Əgər gəncəlilər Elmar müəllimi sevməsəydi, onu dəstəkləməsəydi onun çıxışını belə alqışlamazdılar. Kimisə, nədəsə suçlamaq asandır, onun yaxşılıqlarını görüb, deməmək vicdansızlıqdır, nadanlıqdır. Necə ki, gəncəlilər İlham Əliyevi dəstəkləyir, eləcə də prezidentin təyin etdiyi icra başçısını dəstəkləyir. Allah Azərbaycan xalqını qorusun”
Həmin videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir