Elmar Vəliyev avropalılarla görüşdü

ACES Europe təşkilatının nümayəndə heyəti Gəncədə səfərdədir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “ACES Europe” təşkilatının nümayəndə heyətini qəbul edib.

XALQ.AZ xəbər verir ki, İH-dən  daxil olan xəbərə görə, Gəncənin Avropanın İdman Şəhəri tituluna  yaxşı namizəd olduğunu bildirən ACES Europe təşkilatının Prezidenti Gian Francesco Lupattelli, şəhərdə yaradılan idman ifrastrukturu, burada keçirilən yarışlar və əldən olunan nailiyyətlərlə maraqlanıb.

Nümayəndə heyətinə Gəncədə fəaliyyət göstərən idman məktəbləri, orta və ali təhsil ocaqlarında yaradılan şərait, park və xiyabanlarda sakinlərin istifadəsinə verilən idman qurğuları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, “Avropanın İdman Şəhəri” tituluna namizəd olan Gəncədə il ərzində sosial şəbəkələrdə “Gəncə AİŞ 2019-a namizəd” adı altında səhifələr yaradılacaq ki, burada da il ərzində şəhərdə baş tutan idman tədbirləri haqqında ətrfalı məlumat yerləşdiriləcək. İdman və Gənclər Təşkilatlarının təmsil olunduğu Təşkilat Komitəsi yaradılacaq. İdman tədbirlərinin hazırlanması və icrasında könüllü qrupların iştirakı nəzərdə tutulur. “Gəncə AİŞ 2019” logosunun tərtib olunaraq ictimaiyətə təqdim olunamsı da görüləcək işlər sırasındadır. Koordinasiya işlərini Gəncə AGP 2016 İB və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi həyata keçirəcək.

 

Elgün