Elmar Vəliyevin həyatını xilas edən həkim danışdı

Türkiyənin məşhur beyin cərrahı Türkel Kılıç Gəncənin icra başçısı Elmar Vəliyevin əməliyyatını həyata keçirib.
XALQ.AZ-ın əldə etdiyi məlumata görə, ötən gün sui-qəsdə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin əməliyyatına səhər saatlarında Medicalpark xəstəxanasının Göztəpə xəstəxanasının beyin cərrahı Türkel Kılıç girib. Məşhur cərrah gecə saatlarında təcili olaraq ölkəmizə gəlib.
Əmlak Komitəsinin sədri Kərəm Həsənovun dəvəti ilə gələn həkim icra başçısının həyati riskini azaldan əməliyyat keçirib.
Həkim  açıqlamasında hazırda Elmar Vəliyevin həyatı üçün heç bir riskin olmadığını deyib: Elmar müəllimin səhhətində irəliləyiş gedir. Hər keçən gün daha da yaxşı olacaq.
Qeyd edək ki, Elmar Vəliyevə  ötən gün sui-qəsd edilib.