Elnarə ATV-dən ayrılır

79

Müğənni Elnarə ATV telekanalında yayımlanan “Süfrəmiz” verilişindən ayrılır.

Axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişinə açıqlamasında efirdən yorulduğunu deyib:

“Həftənin beş günü canlı efirdə oluram. Bu, məni çox yorur. Uzaqlaşmaq qərarına gəlmişəm. Canlı veriliş aparmayacam. Çoxları deyir ki, müğənniliyi atıb, aparıcı olmusan. Bu da onu göstərir ki, öz işimə çox məsuliyyətli yanaşıram. Həm də qızım Burlaxatun bu ildən məktəbə gedəcək. Ona daha çox vaxt ayırmalıyam. İndidən məktəbə hazırlaşdırıram. Qızımla daha yaxından maraqlanmaq üçün yaxşı fürsət yaranacaq”.