Elnur Niftəliyev vəzifəyə təyin edildi

 “Lider” televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub. XALQ.AZ xəbər verir ki,Eurasia Diary-ə istinadən xəbər verir ki, Elnur Niftəliyev məlumatı təsdiqləyib.
Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.
Elnur Niftəliyev 2004-cü ildə Elm Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006- cı ildə isə Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004-2006-cı illərdə «Azad Azərbaycan» Teleradio şirkətində “Son Xəbər” proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən «Lider» TV və Radio Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb. 2013-cü ildən həmən televiziyada Xəbərlər Departamentində redaksiya rəhbəri vəzifəsində çalışıb.

Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.