Elşad Həsənov AŞPA hüquq və insan haqları komitəsinin məruzəçisi təyin edilib

AŞPA yay sessiyası çərçivəsində qurumun hüquq və insan haqları komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov “Biznes və insan haqları” mövzusu üzrə məruzəçi təyin edilib.

XALQ.AZ məlumat verir ki, , bu mövzu üzrə əvvəlki məruzəçi nümayəndə heyətimizin sabiq üzvü, Dövlət Miqrasiya Xidmətinin indiki rəisi Vüsal Hüseynov idi.

Qeyd edək ki,Vüsal Hüseynov prezident İlham Əliyevin Sərəncamı ilə  Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.