Emənistan Müdafiə Nazirliyinin avtomobili qəza keçirdi

Ermənistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.  XALQ.AZ Rusiya mətbuatına istinadən məlumat verir ki, hadisə Ararat vilayətində “Opel” markalı minik avtomobili ilə Ermənistan müdafiə nazirliyinə məxsus ZİL markalı hərbi yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Nəticədə üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.