Emin Ağalarova yeni fəxri ad verildi

Azərbaycanın xalq artisti Emin Ağalarova növbəti fəxri ad verilib.

 

XALQ.AZ xəbər verir ki, Eminə Adıgeya Muxtar Respublikasının əməkdar artisti adı verilib. Respublika rəhbəri Murat Kumpilov Emin Ağalarovu qəbul edib. Görüşdə respublika prezident aparatının rəhbəri, nazir Murat Txakuşinov və digər rəsmi şəxslər iştirak ediblər.

“Biz sizinlə görüşdən şadıq. Sizin istedadınız bütün Rusiyaya və onun sərhədlərindən kənarda məlumdur. Əminəm ki, konsert proqramınız respublikamızın sakinlərinin çox xoşuna gəlib. Adegeyada sizin pərəstişkarlarınızın sayı çoxdur. Burada sizi sevirlər və yeni konsertlərinizi gözləyirlər”, – deyə Murat Kumpilov bildirib.

Emin Ağalarov isə qeyd edib ki, onun üçün aritst etalonu Müslüm Maqomayevdir.
Görüşün sonunda Adıgeya rəhbəri qonağa mükafat təqdim edib. Mədəniyyətin və incəsənətin inkişafına verdiyi töhfələrə görə Emin Ağalarov Adıgeya Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

 

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.