Emin Bakıda yubiley konserti verəcək

Emin

Məşhur müğənni və bəstəkar Emin Ağalarov növbəti dəfə Bakıda konsert verməyə hazırlaşır.

XALQ.AZ-ın məlumatına görə, ifaçı dekabr ayının 4-də Bakıda yubiley konserti verəcək. Saat 20:00-da “Crystal Hall” idman-konsert kompleksində baş tutacaq konsertdə musiqiçi tamaşaçıları parlaq şou və yeni mahnılarla təəccübləndirəcək. Qonaqlar və iştirakçılar arasında Rusiyanın bir neçə məşhur sənətçisi də yer alacaq. Onların sırasında Stas Mixaylov, Qriqori Leps, Svetlana Loboda, İrina Dubsova, “A Studio” qrupu olacaq.

Qeyd edək ki, EMİN konsertinin yeni afişasını sosial şəbəkəədə paylaşıb.