Emin klipini təqdim etdi (VİDEO)

Məşhur müğənni və bəstəkar EMİN Ağalarov “Na çistatu” (“Sözün düzü”) adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
XALQ.AZ-ın məlumatına görə, Xəzər dənizinin sahilində klipi lenta alınan bəstənin sözləri rusiyalı məşhurlar İqor Nikolayeva, musiqisi isə İqor Krutoya aiddir. Video görüntüdə baş rolda Emin ilə bərabər rusiyalı müğənni, “A-studio” qrupunun üzvü Keti Topuriya çəkilib. Yeni işini sosial şəbəkədə paylaşan E. Ağalarov klipin iki hissədən ibarət olduğunu bildirib.

Sözügedən videonun birinci hissəsini sizə təqdim edirik.