Emin yeni klipini təqdim edib

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov xeyli müddətdir haqqında danışılan klipini təqdim edib

XALQ.AZ-ın məlumatına görə, Eminin ukraynalı gənc müğənni Svetlana Loboda ilə birlikdə çəkildiyi “Smotreş v nebo” (səmaya baxırsan) adlı klipi “Youtube” video paylaşım kanalında ötən gün yerləşdirilib. Klip işıq üzü görməzdən öncə də sənətçilərin ifa etdiyi bu mahnı hər kəsdə maraq oyatmışdı. Maraqlı kadrlardan biri də klipdə yer alan açıq-saçıq məqamlar olub. Video çarxda Loboda Eminin xəyalındakı cəzbedici mələyi canlandırır, buna baxmayaraq xanım bir başqası ilə münasibətdədir.

Qeyd edək ki, Emin Ağalarov bir neçə gün əvvəl Moskvada rəhbərlik etdiyi “Rose bar“da məşhur müğənniləri ətrafına toplayıb təmtəraqlı təqdimat mərasimi keçirib.