Erməni güləşçi belə məğlub oldu– VİDEO

Italiyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatında 72 kq çəki dərəcəsində yarışan idmançımız Ülvi Qənizadə turnirin qızıl medalını qazanıb

XALQ.AZ minval.info-ya istinadən xəbərinə görə onun rəqibləri postsovet təmsilçiləri olub.

Belə ki, idmançımız 1/16 finalda Ukraynanı təmsil edən Pərviz Nəsibovu 6:0, 1/8 finalda litvalı Titas Kerşeviçiusu 9:0, 1/4 finalda erməni Malxas Amoyanı 7:1, 1/2 finalda gürcü Nikoloz Çikaidzeni 8:6 və finalda rusiyalı Məhəmməd Yarbilovu 3:1 məğlub edib.

Təbii ki, ən prinsipial görüş sonradan bürünc medal qazanan erməni idmançısı ilə qarşılaşma olub. Malxas Amoyan Ülvi Qənizadəyə qalib gələ bilməyəcəyini düşünərək on saniyə qalmış döyüşsüz təslim olub. Həmin görüşün videosunu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.