Ermənistan gərginlik-ordu acınacaqlı durumda

erm

 

Lragir am: “Əgər dövlət siyasəti dəyişməsə, suverenliyin itirilməsi təhlükəsi aradan qaldırılmasa, siyasi, diplomatik və iqtisadi siyasətə yenidən baxılmasa, hər şey yenidən başlaya bilər”

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan növbəti dəfə sərsəm iddia ilə çıxış edərək bildirib ki, təmsil olunduğu ölkənin ordusu “düşmənin istənilən hücumuna cavab verməyə qadirdir”…

Digər tərəfdən, bir sıra ciddi və nüfuzlu beynəlxalq təşkilatların Qarabağda yenidən müharibənin başlaması və Azərbaycanın işğal altındakı torpaqlarını azad edəcəyinə dair verdikləri real analizlərə gəldikdə isə, Akopyan iddia edib ki, şəxsən həmin analizlərlə tanış deyil və s. Göründüyü kimi, ermənilərn ictimai-siyasi və hərbi-siyasi dairələrinin ortada məğlubiyyət faktları ola-ola, o cümlədən, həmin faktların reallaşması ehtimallarının yenidən gündəmə gəlməsinə rəğmən nala-mıxa döyəcləmələri əslində heç nəyi dəyişmir.

 

Movses Akopyana görə, kimi suallara cavab vermək baş qərargahın kompetensiyasında deyil və həmin sualları Ermənistanın siyasi yurisdiksiyası cavablandırmalıdır…

 

Yeri gəlmişkən, Naxçıvanda keçirilən nəhəng miqyaslı hərbi əməliyyatlardan sonra işğalçı ölkənin rəhbərliyi bu və ya digər şəkildə bənzər bəyanatlar versələr də, bir sıra əks-fikirli siyasilər bütün bunları siyasi blef kimi qiymətləndirirlər. Yəni, müharibənin başlayacağı təqdirdə məğlubiyyət durumunun ortada olduğunun inkar edilməsini əslində, etiraf kimi dəyərləndirirlər.

Ancaq bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin reallıqları kənara qoyub “Silahlı qüvvələrimizin öz analizləri var ki, müharibə baş verərsə, biz bunun qarşısını alaraq müdafiəni təşkil edəcəyik” tipli fikirlər səsləndirməsi hadisələrə doğru qiymət verməyi bacaran bir çox ermənin politoloqlarını hiddətləndirib. Məsələn, erməni politoloqları iddia edirlər ki, son günlər cəbhənin təmas xəttində ard-arda bir neçə erməni hərbçisinin ölümü, bundan öncə isə hərbi texnikaların və raket qurğularının məhv edilməsi məğlubiyyət cücərtilərinin ilk işartılarıdır.

O cümlədən, siyasi analitik yazıları ilə tanınan siyasi yazarlar da bu mövqedən çıxış edirlər ki, Ermənistan hakimiyyətinin bir-birindən fərqlənməyən bəyanatları özünü aldatmaqdan başqa bir şey deyil.

 

Artıq Ermənistanda anti-Rusiya xarakterli fikirlər kütləvi hal almaqla yanaşı, ölkə suverenliyinin itirilməsi, müstəqilliyin olmaması barədə şərhlər də verilir

 

Daha bir məsələ Rusiyanın Azərbaycana ən müasir hərbi texnikalar və silahlarla təchiz etməsidir ki, bu amil ermənilərin “strateji partnyorlarına” qarşı üz çevirmələri ilə nəticəsini tapıb. Artıq Ermənistanda anti-Rusiya xarakterli fikirlər kütləvi hal almaqla yanaşı, ölkə suverenliyinin itirilməsi, müstəqilliyin olmaması barədə şərhlər də verilir. Ancaq jurnalistin M.Akopyana Azərbaycanın Rusiyadan silah alması, eyni zamanda, Rusiyanın Azərbaycanı ən müasir silahlarla, hərbi texnikalarla təchiz etməsi ətrafında verdiyi sualı gülünc şəkildə cavablandırması da diqqətdən yayınmayıb. Akopyan deyib ki, bu kimi suallara cavab vermək baş qərargahın kompetensiyasında deyil və həmin sualları Ermənistanın siyasi yurisdiksiyası cavablandırmalıdır (?-R.R.)

Bu zaman sual yaranır, əgər Ermənistanın baş qərargah rəisi bu qədər müstəqildirsə, yaxud, Ermənistanın siyasi rəhbərliyindən kənarda dayanırsa, nəyə görə cəbhədə baş verən məğlubiyyətlərə qarşı əncam çəkmir? Məsələ də bundadır ki, Akopyan ümumiyyətlə, danışmağa qorxur, çünki o danışarsa, postunu itirmək təhlükəsini yaşaya bilər.

Scroll to top