Ermənistan ordusunda gərginlik-Hərbi hissə boşaldı

 

erm

Son vaxtlar Ermənistan ordusu ilə bağlı yayılan məlumatlar açıq aydın göstərir ki, bu ölkənin vətəndaşları olan gənclər hərbi xidmətdən istənilən yolla boyun qaçırır və ordudan yayınırlar. Azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar və məcburən xidmətə getməli olanlar isə hərbi hissələrini özbaşına tərk edirlər.

Məlumata görə, bu günlərdə sosial şəbəkələrdə daha iki erməni hərbçinin fərarilik etdiyi barədə məlumat paylaşılıb. Əlahiddə artilleriya alayının kiçik çavuşu Qriqor Şahnazaryan və əsgər Vreji Qriqoryan xidmət yerini özbaşına tərk ediblər. Hər iki hərbi qulluqçu barəsində cinayət işi açılıb, axtarış elan olunub. Diğər məlumatda bildirilir ki, Azərbaycanın Ağdərə yaşayış məntəqəsində yerləşən işğalçı Ermənistan ordusunun hərbi hissəsində döyülmə hadisəsi baş verib. Həmin hərbi hissədə xidmət edən zabit Narek Mkrtçyan döyüş mövqeyində yoxlama apararkən müqavilə əsasında xidmətdə olan Hraç Naboyan adlı əsgərdə qadağan olunmuş mobil telefon aşkar edib.

Zabit telefonu müsadirə etmək istədikdə H.Naboyanın müqavimət göstərib. Bu zaman tərəflər arasında başlayan mübahisə davaya çevrilib. Hər iki hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alsa da, komandanlıq məsələni ört-basdır edib.

Scroll to top