Ermənistan şokda-Video

Azərbaycanın “Anti-armenia Team” haker qrupu Ermənistana ciddi zərbələr vurmaqda davam edir.

XALQ.AZ Publika.az-a istinadən xəbər verir ki, ötən həftə Ermənistanın plastik kolpak zavoduna məxsus müşahidə kameralarına daxil olmağı bacaran azərbaycanlı hakerlər bu dəfə başqa bir zavodun kameralarına daxil olublar.

Qrupun məlumatında deyilir: “Anti-armenia Team” hakerləri Ermənistan tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpağı olan İrəvanda yerləşən çaxır zavodlarının birindən videogörüntülər əldə edib. Bu videoda maraqlı məqam ondan ibarətdir ki, zavodun mühafizəsi qeyri-professional şəkildə təşkil olunub. Belə ki, mühafizəçilər növbə zamanı, daha dəqiq desək, 04.01.2017-ci il tarixdə 04:51 radələrində növbədə olduqları postun mühafizəsini həyata keçirmək əvəzinə, yuxuya gediblər. Həmin videogörüntülərin bir neçə saatlıq hissəsini qısa şəkildə sizlərə təqdim edirik”.

Qeyd edək ki, bundan əvvəl haker qrupu plastik kolpak zavodunun rəhbəri tərəfindən erməni qadınların soyunma otağına quraşdırılan iki kameranın görüntülərini ələ keçirmişdi. Videoda erməni qadınların kameralardan xəbərsiz paltarlarını soyunduğu görünür.

İndiyə qədər haker qrupu Ermənistanın bir sıra məxfi sistemini sındırmağı, həmçinin, dövlət saytlarını dağıtmağı bacarıb

Scroll to top