Ermənistanda gərginlik -Vətəndaşlıqdan imtina etdilər

Son illər Ermənistan vətəndaşlığından imtina edənlərin sayı kəskin şəkildə artıb.

XALQ.AZ məlumat  verir ki, bu barədə “NEWS.am”-a Ermənistan Polisinin Pasport və Viza Məsələləri üzrə Departamentindən bildiriblər.

Məlumata görə, 2017-ci ildə 3823 şəxs quruma vətəndaşlıqdan imtina edilməsi ilə bağlı müraciət göndərib

Qurum 2012-ci ildə bununla bağlı 968 ərizə, 2013-ci ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, 2017-ci ildə isə – 3823 ərizə qəbul edib. Beləliklə, 2012-ci ildə ölkədə keçirilən seçkilərdən sonra – 2017-ci ilədək, yəni hakimiyyətdə Respublika Partiyasının olduğu dövrdə, 15000-dən çox şəxs Ermənistan vətəndaşlığından imtina edib.

Hakim Respublika Partiyasının nümayəndəsi, deputat Alik Sarqsyanın qənaətincə, vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbu qulluqdan boyun qaçırmaq üçün edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir