Ermənilər ABŞ-ın “qara siyahı”da

ABŞ Maliyyə Nazirliyi Konqresə “Kreml hesabatını” təqdim edib.

XALQ.AZ  xəbər verir ki, sənəddə 210 şəxsin adı qeyd olunub: onlardan 114-ü Rusiyanın yüksək vəzifəli məmurları və iri dövlət şirkətlərinin rəhbərləridir, yerdə qalan 96 nəfər isə rusiyalı oliqarxlardır.

Onlar arasında Rusiyada yaşayan erməni iş adamları –  Taşir şirkətlər qrupunun təsisçisi Samvel Karapetyan , “Rosqosstrax” iri sığort şirkətinin həmsahibi ,  “Krasnodar” futbol klubunun sahibi Danil Xaçaturov, həmçinin  VTB bankın müşahidə şurasının müstəqil üzvü Sergey Qalitskiy (Arutyunyan) yer alır.