Ermənilər Bakıya gəlir

Ermeni-1

Girovlarla bağlı məsələnin gündəmdə olduğu bir vaxtda, Ermənistan gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirakla bağlı qərarını dəyişib.

XALQ.AZ-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistanı təmsil edəcək idmançılar Bakıya gələcək.

Azərbaycan höküməti Ermənistan nümayəndə heyətinin oyunlar zamanı təhlükəsizliyinə tam təminat verib.

Xatırladaq ki, iki il əvvəl Ermənistanın Olimpiya Komitəsi nüfuzlu yarışın Bakıda təşkilinə dair səsvermədə iştirakdan imtina etmişdi.