Ermənilərlə əlaqəli olan şəxslərin ÜAK rəhbərliyində olması yolverilməzdir

 

61

«ÜAK-ın icra aparatında katibə vəzifəsində erməni qızı çalışır»

 

Sakit Allahverdiyev: «Mən heç vaxt qəbul etmərəm ki, ermənilərlə iş birliyi olan şəxslər konqresin rəhbərliyində təmsil olunsunlar»
 
«Rusya hərbi sənayesinin inkişafında mənim fəaliyyətimə dövlət tərəfindən çox yüksək qiymət verilir»
Tanınmış iş adamı, Azərbaycan Diasporasının Rusiyada və Türkiyədəki önəmli isimlərindən bir Sakit Allahverdiyev PİA.AZ-a eksküziv müsahibə verib. Həmin müsahibəni oxucularımızın diqqətinə cəlb edirik.
Dosye: Sakit Allahverdiyev, 1956-cı ildə Qarayazıda anadan olub (Gürcüstan, Qardabani rayonu).
 
1973-cü ildə Azərbaycan İncəsənət İnstituna daxil olub.
 
1976-cı ildə Rusiyanın Voqoqrad şəhərinə yerləşib. “Krasnıy Oktyabr” zavodunda usta kimi fəaliyyitə başlayıb.
 
Daha sonra Sovet ordusu sıralarına çağırılan Sakit Allahverdiyev Kuril adalarındakı hərbi hissələrdən birindən biri siyasi şobənin instruktoru kimi qulluğunu başa vurub. İki il Volqoqrad şəhər Komsomol təşkilatında katib işləyib.
 
Daha sonra Allahverdiyev Rusiyanın Tver şəhərinə göndərilib. Burada təhsilini Tver Universitetinin hüquq fakültəsində davam etdirib və şəhər Xalq deputatları sovetinin deputatı seçilib.
 
1993-cü ildə Bakıya gəlib və iki il Azərbaycan Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərib.
 
1996-cı ildə Volqoqrada qayıdıb və “Axtuba” hərbi zavodunda işə başlayıb. 2001-ci ildən adı çəkilən nəhəng hərbi istehsal müəssisənin səhmdarı və baş direktoru olub.
 
2007-ci ildə Sakit Əjdər oğlu Allahverdiyev Volqoqrad şəhər merliyinə namizəd olub.
– Sizin Moskvada olduğunuz haqqında mətbuatda məlumatlar gedib . Nə qədər müddətdir Rusiyaya qayıtmısınız?
– Moskvaya 2010-cu ilin yayında qayıtmışam. O zamandan davamlı olaraq Moskvada yaşayıram. Düzdür, tez-tez işlərimlə əlaqəli Türkiyədə və başqa ölkələrdə oluram.
Ermənilər mənə «iş» tikmək istədilər
– Adınız Rusiyada məhkəmə qalmaqalına qarışmışdı. Bu barədə nə deyə bilərsiniz?
– Məlum olduğu kimi, 2007-ci ildə Volqoqrad şəhər merliyinə mənim namizədliyim irəli sürülmüşdü. Həmin ildə mən Volqoqradın “ən dəyərli meneceri” adını aldım. Buna baxmayaraq mən şəhər meri seçiləcəyimə inanmırdım, Allahverdiyev soy adı ilə Rusiyada şəhər meri olmaq mümkün deyil. Ancaq məqsədim özümü xalqa tanıtmaq və reytinqimi yüksəltmək idi. Şəhər seçkilərindən 6 ay sonra parlament seçkiləri başlayacaqdı, əslində o seçkilərə hazırlaşırdım. Merliyə namizəd olmaq mənim şəxsi qərarım deyildi, mən heş cür namizəd olmaq istəmirdim. Siyasi elitanın qərarı olduğundan, bunu yerinə yetirməliydim. Bizim əsas məqsədimiz 2 namizədin önünü kəsmək idi. Onlardan biri erməni kökənli idi. Mən birinci məqsədimə çatdım. Onlar mer ola bilmədilər, mənim yaxın dostum mer seçildi. Əlbəttə, hər yerdə olduğu kimi, Rusiyada da “üzdəniraqlarla” qarşıdurmalar olur. Bu Volqoqradda ermənilərlə 2 -ci qarşıdurma idi. Birinci diasporla bağlı idi. Hətta onlar o zaman qəzetdə yerli dövlətə şikayətlənərək yazmışdılar ki, Azərbaycan konqresi erməni diasporunu sıxır. O zaman Volqoqradda konqresin başında mən idim. Bilirsiniz ki, Rusiyada güc strukturlarında erməniler cox isləyirlər. 2-ci məğlubiyyətdən sonra onlar güc qüvvələrini işə saldılar, mənə “iş tikmək” istədilər. Rəsmilər isə mənə deyirdilər ki, guya mənə zərbəni Azərbaycandan vururlar, ancaq mən cox yaxsı bilirdim zərbə hardan dəyir. Mən Türkiyəyə müalicəyə getmişdim. Orda xəstəxanada olan zaman zavoda “reyder hucumu” etdilər. Məni isə vergilərin iki həfte gec ödənməsində suçlamaq istədilər. Ona görə mən dövlət başçısına  müraciət etdim və 2 il 6 ay müddətdə 1 dəfə belə müstəntiqlərin suallarına cavab vermədim.
Bu müddətdən sonra parlament qanunda dəyişiklik etdi. Məni günahlandırmaq istəyənlərin bir neçəsinə iş açıldı. Daha doğrusu 2010 -cu ildə mən məhkəməni qazandım.
-Rusiya hakimiyyətində coxlu dostlarınızın olduğunu hamı bilir. Məlum hadisələrdən sonra hakimiyyətin sizə münasibəti necədir?
-Hakimiyyətlə mənim münasibətim hər zaman yaxşı olub. Hətta Türkiyədə olan zaman yüksək təbəqələrdə hər şeydən əlavə şəxsiyyətə hörmət var, ifadəmə görə üzr istəyirəm, dələduzlara, satqınlara, pul-para düşgünlərinə sağlam çevrələdə hörmət yoxdur. Çox hallarda münasibət ola bilir, ancaq səmimi hörmət olmur.
Onu da qeyd etməliyəm ki, Rusya hərbi sənayesinin inkişafında mənim fəaliyyətimə dövlət tərəfindən çox yüksək qiymət verilir.
Mən Azərbaycanımızı heç vaxt müxalifətə və iqtidara parçalamamışam
-Azərbaycan mətbuatında sizin haqqınızda ziddiyyətli məllumatlar yayılmaqdadır. Bu məsələyə münasibətinizi bilmək istərdik….
-Bu yazıların çoxu sifarişlə yazılan cəfəngiyyatlardır. Oxumuşam. Yazırlar ki, mən Rusiyaya işləyirəm. Sizə bir məntiqli sual verəcəm. Mən 10 il Azərbaycanda olmamışam, Rusiya məndən necə istifadə rdə bilər?! Yaxşıca düşünün… Aydın məsələdir ki, Rusiya mənimlə yox, Azərbaycanda yaçayan məmurlarla daha çox maraqlanır. Çünki onlar orada baş verən hadisələrin içindədirlər, onlarda gərəkli məlumatlar daha çoxdur. Mənim haqqımda sifarişlə yazı yazdıranlar çox güman ki, diqqəti özlərindən yayındırmaq üçün belə ləyaqətsiz yollara əl atırlar, mənim simamda müxalifətçi, düşmən obrazı yaratmağa çalışırlar. Ancaq unutmasınlar ki, azərbaycan hər yerdə, hər zaman bütün varlığı ilə mənim ürəyimdədir, mən Azərbaycanımızı heç vaxt müxalifətə və iqtidara parçalamamışam. Bu ölkə mənim üçün bütövdür. Onu da qeyd edim ki, Azərbaycanda iqtidarda, müxalifətdən daha cox ciddi qəsbkarlar var. Azərbaycan xalqı və hakimiyyəti üçün onlar daha çox təhlükədirlər.
Mən Türkiyə Cümhuriyyəti vətəndaşıyam
-Sizin üzərinizdən Kremlin yeni layihə hazırladığı haqqında məlumatlar yayılıb. Bu xəbərlər nə dərəcədə doğrudur?
-Birinci onu qeyd edim ki, kim olur-olsun, məni az-çox tanıyan heç kim Azərbaycana qarşı mənim üstümdən heç bir layihə hazırlaya bilməz. Mumkun deyil! Bu mənə mənim ölümümdən belə artıqdır. Azərbaycan mənim millətim və mənim vətənimdir. Sərhədlər şərtidir.
İkinci bir faktı da qeyd etmək istəyirəm ki, 2007-ci ildən mən dövlət işindən ayrılmışam . Eyni zamanda Türkiyə Cümhuriyyəti vətəndaşıyam. Kreml heç vaxt TC vətəndaşı üstündən Azərbaycana qarşı heç bir layihə hazırlaya bilməz. Bu yazılanlar kiminsə xam xəyallarının məhsuludur.
-Azərbaycandakı son prezident seçkiləri haqqında nə deyə bilərsiniz?
-Nə deyə bilərəm? Prezidentimizi təbrik edirəm, ona Azərbaycan naminə daha böyük müvəffəqiyyətlər arzu edirəm! Onun ətrafına, yaxın dostlarına, siyasi partiyalardan əlavə ,siyasi qrupların fəaliyyətlərini daha ciddi incələməyi tövsiyə edərdim.
«Milyarderlər İttifaqı»nın fəaliyyət birbaşa Azərbaycan dövlətçiliyinə qarşı yönəlmişdi
-«Milyarderlər ittifaqı» yarananda ona ilk qaşı çıxanlardan biri siz oldunuz. Səbəblərini açıqlaya bilərsiniz?
-«Milyarderlər İttifaqı» deyilən qrupun içində hamısı yox, bir-iki adam çox aktiv idi. O adamları yaxşı tanıdığımdan, onların «ayaqlarının harda yer tutduğundan» bilgim olduğuna görə, onların səmimiyyətinə inanmırdım. Bu işdən erməni qoxusu gəlirdi. Fəaliyyət birbaşa Azərbaycan dövlətçiliyinə qarşı yönəlmişdi. Güman edirəm ki, bu işin bir ayağı da Azərbaycana bağlı idi…
-Rusyadakı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz ?
-Rusiyada Azərbaycan diasporu ən ağır günlərini yaşayır. Təəssüflər olsun ki, belədir. Son zamanlar baş verən hadisələr bir daha isbat etdi ki, Rusyada Azərbaycan diasporundan çox ciddi səkildə Azerbaycana qarşı istifadə olunur. Bəllidir ki, FNKA, «AzeRos»  öz fəaliyyəti ilə hər üzünü göstərdi… ÜmumRusiya Azərbaycan Konqresi isə öz fəaliyyətsizliyi ilə özünü göstərdi. ÜmumRusya Azərbaycan Konqresi Rusiyada yaşayan, sonra isə adları «Milyarderlər İttifaqı»ında  çəkilən hörmətli, nüfuzlu insanları öz ətrafından uzaqlasdırdı , sonra onları UAK ətrafinda birləşdirə bilmədi, əksinə uzaqlaşdırdı. Bir çox analitiklər bu fakta sadəcə ÜAK-dan uzaqlaşdırma deyil, nüfuzlu insanların prezidentdən uzaqlaşdırılması kimi baxırlar.
Görülən işlərin fəaliyyətindən asılı olmayaraq, mahiyyət belədir. Problem ÜAK-ın rəhbərliyindədir. Onlar şəxsi münasibətlərindən sui-istifadə edərək vacib məsələləri həll etmək əvəzinə gözdən pərdə asmaqla məsguldurlar. Mən heç vaxt qəbul etmərəm ki, ermənilərlə iş birliyi olan şəxslər konqresin rəhbərliyində təmsil olunsunlar. Konqresin prezidentinin fəaliyyəti heç aydın deyil. 2001-ci ildə konqres yaranandan bu günə kimi təşkilatın fəaliyyəti ilə bağlı reqionlarda olmayıb, heç bir zaman millətin hüquqlarının müdafiəsinə qalxmayıb. Belə rəhbər burada yaşayan azərbaycanlılara lazım deyil. Bu gün qarşıda duran vəzifələrin heç birini yerinə yetirimir, məhz bu fəaliyyətsizliyin nəticəsidir ki, bir çox regionlarda alternativ strukturlar yaranır, çünki millətin yanında konqres öz nüfuzunu artıq itirib. FNKA, «AzeRos»a isə çoxları bir mənalı baxmırlar. Volqoqrad şəhərində mənim vaxtımda bircə ÜmumRusiya Azərbaycan Konqresi vardı. Bu gün orada 9 təşkilat qediyyatdan keçıb. Deyilənə görə Azərbaycan Konqresinin katibəsi işində erməni qızı çalışır.
UAK-ın indiki icra aparatının rəhbəri İlqar Hacıyevxalq arasında özünə «bambılı» ləqəbi qazanıb
-Siz Rusiyada ən nüfuzlu azərbaycanlılardan biri kimi tanınmısınız,diasporun işində niyə istirak etmirsiniz?
-Mənim diaspor fəaliyyətim Bakıda baş verən 20 yanvar hadisələrindən başlayıb. O zaman mən Tver şəhərində ilk “Ocaq” cəmiyyəti yaratmışdım. UAK -ın yaranmasının ilk günündən fəal iştirakçı olmuşam. UAK yaranan zaman 4 min adam mənim xahişimlə ərizə yazaraq UAK-ın yaranması haqqında müraciət etmişdilər. 2001-ci ildən UAK-ın III qurultayına 2011-ci ilə qədər bu təşkilatın vitse-prezidenti olmuşam. Hər zaman UAK-a maddi yardım etmişəm. III qurultaya bizi dəvet etmədilər, vitse-prezidentlər institutu ləğv olundu. Qeyd etmək istərdim ki, UAK-ın qurluşunu vaxtilə möhtərəm prezident H. Əliyev (Allah ona rəhmət eləsin) gurub, vitse-prezidentləri də özü şəxsən təsdiq etmişdi. İndiki vəziyyət isə belədir ki, son iki ildə icra aparatının başçısı olaraq 3 rəhbər dəyişib və onlar bizləri dəvət əməkdaşlığa dəvət etmirlər etmirlər. İndiki icra aparatının rəhbəri İlqar Hacıyevdir. O isə, deyilənlərə görə xalq arasında özünə «bambılı» ləqəbi qazanıb.
Hal-hazırda Azərbaycan prezidenti İ.Əliyevin xeyir- duasını gözləyirik
-Rusiyada diaspora teşkilatlarımızın birləşə bilməməsinin əsas səbəbləri nədir? Rəhbərliyin fəaliyyətsizliyi, təşkilatçılıq səriştəsizliyi,  şəxsi mənafelərini milli və dövlət mənafelərindən üstün tutmaları, gözdən pərdə asmaq cəhdləri, məsuliyyətsizlik və yerli dövlət orqanları ilə kor-təbii fəaliyyətləri necə qarşılanır, sizcə Azərbaycan mətbuatında,  xüsusən də internet mətbatda sizə qarsı aparılan kampanyanın arxasında hansı güvvələr durur və onların məqsədi nədir?
-Bildiyiniz kimi artıq konqres üzvlərindən «Təklif qrupu» deyilən qrup yaranıb. 2500 nəfərə yaxın konqres üzvləri şəxsən ərizə yazaraq ÜmumRusiya  Azərbaycan Konqresinə prezidentliyə mənim namizədliyimi irəli sürüblər. «Təklif qurupu» tərəfdən Azərbaycan və Rusiya ölkələri prezidentlərinə müraciətnamə qəbul olunub və göndərilib. Hal-hazırda Azərbaycan prezidenti İ.Əliyevin xeyir- duasını gözləyirik. Əgər xeyir-dua verilsə fəaliyyətə dərhal başlayacayıq. Düşünürəm ki, konqresin indiki prezidenti M.Cavadovla birgə biznesi olan məmurlar mənim konqresə prezident gəlməyimi istəmirlər, ona görə də çalışırlar məni nüfuzdan salsınlar və prezidentə qarsi qoysunlar. Bu birinci versiyadır. İkinci versiya isə, müxalifət  jurnalistlərindən bəzilərinin dələduzluğudur. Onların da kimdən və hardan komanda aldıqları bəllidir.
-Volqoqrada qayıdacaqsınız, yoxsa artıq fəaliyyətinizi Moskvada davam etdirəcəksiniz?
-Volqoqradda mən tez-tez oluram. Bir çox şəhərlərdə olduğu kimi orda da çox problemlər yaranıb. Mütləq bu problemlərin həllində mən iştirak edəcəm.  Bakıdan xeyir-dua alırıqsa fəaliyyətimi Moskvada konqresdə davam etdirərək, güclü bir Azərbaycan lobbisi yaratmaq fikrindəyəm.
-Mediyadan Azərbaycana gələcəyiniz haqda da xeberler gəldi, belə bir planınız varmı?
-Aydın məsələdir ki, konqres məsələsi həll olunsa mütləq gələcəm. Müəyyən məsləhətlər, göstərişlər almaq zəruridir.
pia.az