Ermənistan Azərbaycandakı inkişafdan qıcıqlanır

Millət vəkili Adil Əliyev ermənilərin Azərbaycanda tədbir keçirilməsi ilə bağlı xəbər aldıqca təxribatlara əl atdığını deyir

Ermənistan Azərbaycanda gedən inkişafı görür və qıcıqlanır. Ona görə də hər-hansı təxribatın törədilməsini dövlət siyasəti kimi məqsədə çeviriblər”. Bunu ANSPRESS TV-nin bu günkü qonağı millət vəkili Adil Əliyev deyib. Onun sözlərinə görə, Ermənistan tək balaca Farizin və vətəndaşılarımızın öldürülməsi ilə yox,Türkiyədə çobanın güllələnməsinə də əl atır. “Ermənistan hər dəfə Azərbaycanda bir tədbirin keçirilməsi ilə bağlı xəbər aldıqca təxribatlara əl atır. Bu da Azərbaycan tərəfini adekvat addımlar atmağa məcbur edir